Var olan ümidlər ölsün.... - Narıngül Malikova (Edebiyat)

Var olan ümidlər ölsün.... - Narıngül Malikova (Edebiyat)

A+ A-

Bir yanım deyir ki, əfv eylə onu,

Bir yanım deyir ki, yox bunun sonu.

Lap tutaq yenə də əfv eylədin sən

Guya anlayacaq, biləcək bunu..?..

 

Burax da var olan ümidlər ölsün,

Boşuna gözləmə o geri dönsün.

Dönsə də, səninki olmayan adam

İstəyir yaşasın, istəyir ölsün..!...

 

Bilirəm bir azca əsəbiyəm mən,

Bir azca dəliyəm, həm də xəstəyəm.

Küsürəm hər kəsdən və də hər şeydən

Sevdiyim qəlbimi qıranda hərdən.

 

Əslində hər bir şey boşdur əzəldən,

Biz də yapışmışıq qızıldan, zərdən.

Arabir dünyaya baxıb görürük

İnsanlıq qalmayıb gedibdir əldən...

 

 

 

24-01-2023
Konuk Düşünce Yazarları

Konuk Düşünce Yazarları

info@medyacuvali.com

www.medyacuvali.com

Konuklardan Diğer Yazılar

Bu yazılar da ilginizi çekebilir